Diş əyriliklərinin müalicəsi dişlərə zərər verər mi?

Diş əyriliklərinin breketlərlə müalicəsinin səbəbi dişlərin  estetik olaraq düzəldilməsi ilə birliktə dişlərin sağlamlıqlarını qorumaqdır. Beləki dişlər əyri olduqları zaman təmizlənmələri bir xeyli çətinləşir. Xüsusilə də əyrilik bölgələrində dişləri təmiz saxlamaq çətinləşir və o bölgədəki dişlərin və diş ətlərinin sağlamlığı təhlükə altındadır. Eyni zamanda ortodontik müalicə ilə alt və üst dişlərin bir biri ilə düzgün bağlanmağını təmin etmək, qidaların düzgün çiynənməsi və lazımın qədər üyüdülməsi deməktir. Buda öz növbəsində həzm sisteminin xəstəliklərinin qarşısını almaq deməktir.   Yəni dişlərin sağlamlığını qorumaq üçün aparılan bir müalicə təbiidirki dişlərə zərər verməz. Lakin həkimin təcrübəsizliyi və pasiyentlərin səhlənkar yanaşması dişlərə zərər verəbilər. Təcrübəsiz həkim breketlərin ətrafından yapıştirici plomb materyalını təmizləməməklə, dişlərin hərəkətini sürətləndirmək üçün dişləri çox sixmaqla, planlamanı düzgün etmediyi üçün dişlərin plansız olaraq get gəl hərəkətlərini təkrarlaması ilə dişlərə ciddi zərərlər verəbilər. Eyni zamanda pasiyentlərin məsuliyətsiz yanaşması, randevularına vaxtında gəlməməsi, tez tez gecikməsi, həkimin dediklərini etmemesi, elasikləri vaxtı vaxtında taxmaması və dişlərini firçalamamasıda ciddi olaraq dişlərə zərər verəcəktir. Qısacası, diş əyriliklərinin müalicəsi  zamanı dişlərə zərər verən breketlər deyil, düzgün aparılmayan müalicə və pasiyentin səhlənkarlığıdır. Həm müalicə düzgün aparılarsa həmdə pasiyent məsuliyətli olarsa breketlər çıxdığı zaman dişlər, sanki heç breket taxılmamış kimi görünəcəktir.

Yorumlar